ABŞ-da tibbi tədqiqatlar üçün 30 min meymundan ibarət “mini-şəhər” yaratmaq planı əks-səda doğurub.
Stopnarkotik.az xarici KİV-lərə istinadən xəbər verir ki, plana 200 hektarlıq geniş kompleksdə çoxlu sayda meymunların məskunlaşdırılması, sonra onların tibbi tədqiqatlar üçün universitetlərə və əczaçılıq şirkətlərinə göndərilməsi daxildir.
Qarşıdan gələn 20 il ərzində obyekt Cənub-Şərqi Asiyaya mənsub olan təxminən 30 000 uzunquyruqlu makakadan ibarət nəhəng meymun qrupunu 14000 insanın yaşadığı Corciya ştatının Beinbric şəhərindəki nəhəng, anbara bənzər tövlələrdə toplayacaq.
Yeni 396 milyon dollarlıq dəyəri oaln meymun şəhərinin sponsoru olan “Safer Human Medicine” şirkəti meymunların ciddi şəkildə təhlükəsiz şəraitdə saxlanılacağını, ətraf ərazilərə xəstəlik yaymayacağını və təzə, yerli məhsullarla qidalanacağını bildirib.
“Biz hamımız yaxınlarımızın və özümüzün həyatını xilas etmək üçün bu kritik primatlardan asılıyıq”, - deyə şirkət sakinlərə açıq məktub ünvanlayıb.
Heyvan hüquqları qrupları tibbi sınaq üçün primatların yetişdirilməsinin qəddar və növlər arasındakı fərqlərə görə insanlar üçün yeni müalicə üsullarının işlənib hazırlanmasında səmərəsiz olduğunu iddia edərək, planı ləğv etməyə çağırır.
Tibbi heyvan testlərinin böyük əksəriyyəti gəmiricilər üzərində aparılır, yalnız təxminən 1% primatlar üzərindədir. Lakin insanların ən yaxın qohumları üzərində təcrübələrin aparılması təcrübəsi uzun müddətdir mübahisə doğurur.
Stopnarkotik.az