ABŞ və Rusiya arasında son qarşılıqlı ekstradisiya razılaşmasından sonra ölkəsinə qayıdan Viktor But deputat seçilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
O, Rusiya Liberal-Demokrat Partiyasının üzvü kimi Ulyanovsk vilayətinin qanunvericilik məclisində mandat qazanıb.
Ulyanovsk vilayətində səsvermə 2023-cü il sentyabrın 8-dən 10-dək keçirilib. Seçkilər nəticəsində partiya siyahıları üzrə 18 mandatdan 11-ni Vahid Rusiya Partiyası, 3-nü Rusiya Federasiyası Kommunist Partiyası, ikisini isə Liberal Demokrat Partiyası alıb. Qanunvericilik məclisində “Rusiya kommunistləri” və “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə” partiyaları hərəyə bir yer qazanıb.
Qeyd edək ki, V.But “Kolumbiya İnqilabçı Silahlı Qüvvələri” qruplaşmasına silah tədarük etdiyi üçün 2008-ci ildə Taylandda həbs olunmuşdu. Daha sonra ABŞ-a təhvil verilən Buta 25 il azadlıqdan məhrumetmə hökmü oxunmuşdu.