6 AY ƏRZİNDƏ 4,6 TONDAN ARTIQ NARKOTİK MÜSADİRƏ EDİLİB - Ümumilikdə 5881 cinayət faktı aşkarlanıb

Bu ilin 6 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı 5881 cinayət faktı aşkarlanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından bildirilib.

Belə ki, qanunsuz dövriyyədən 4 ton 623 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə cinayətlərin sayı 103 fakt, müsadirə edilən narkotiklərin və psxiotrop maddələrin miqdarı isə 1 ton 204 kq artıb.

Stopnarkotik.az