58 əcnəbi jurnalist XİN-in “qara siyahı”sından çıxarıldı

Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş 58 nəfər xarici media nümayəndəsi “qara siyahı”dan çıxarılıb. 

Stopnarkotik.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN), Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi (MEDİA) bəyanat yayıb.

Qeyd edək ki, sözügedən 58 nəfər 15 ölkənin kütləvi informasiya vasitələrində çalışır.