41,6 KQ MARİXUANA, 11 KQ HEROİN, 240 ƏDƏD METADON HƏBİ... - Külli miqdarda narkotik dövriyyədən çıxarıldı

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 24-də və 25-də ümumi çəkisi 53,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11 kiloqrama yaxın heroin, 41,6 kiloqramdan çox marixuana, 1 kiloqramdan artıq tiryək və metamfetamin, həmçinin 240 metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.