36 nəfər saxlanıldı, 10,6 kq narkotik ələ keçdi – ŞOK ƏMƏLİYYAT / YENİLƏNİB + AUDİO

Yanvarın 12-də ölkə ərazisində qeydə alınan 61 , əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 97, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.     

Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Əməliyyat tədbirləri ilə ümumi çəkisi 10,6 kiloqrama yaxın narkotik vasitə də aşkar olunaraq götürülüb.

***

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 12-də ümumi çəkisi 10,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.