3,2 KQ MARİXUANA, 2 KQ HEROİN, 350 QRAM METAMFETAMİN... - Gün ərzində 5,5 kiloqram narkotik aşkarlanıb

Polis əməkdaşlarının yanvarın 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5,5 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqramdan artıq heroin, 3,2 kiloqrama yaxın marixuana və 350 qramdan çox metamfetamin olub.

Həmin istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.