3 gün öncə avtoqəza keçirən rayon sakini vəfat etdi

Şəkidə 3 gün əvvəl qəzaya düşən şəxs ölüb.

Məlumata görə, yanvarın 13-də Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Qəzada xəsarətlər alan sürücü, 32 yaşlı Murad Abdurahmanov bu gün xəstəxanada vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır. 

Stopnarkotik.az