25 yaşlı qadın 30 qram heroinə görə edam olundu

Sinqapurda 25 yaşlı qadın 30 qram heroin qaçaqmalçılığında günahkar bilinərək edam cəzasına məhkum edilib.

Bu barədə BBC məlumat yayıb.

Rəsmi qurumlar ölüm hökmünün bu gün icra olunduğunu təsdiqləyiblər. Qadın bir həftə ərzində narkotik ticarəti ittihamı ilə edam edilən ikinci şəxs olub. Ötən ilin martından bu günə qədər 14 nəfər bu ittihamla edam edilib.

Qeyd edək ki, Sinqapur dünyanın ən sərt narkotik qanunlarından birinə malikdir. Qanuna görə, 15 qram heroinin qaçaqmalçılığı ölüm cəzası ilə nəticələnir.