21 yaşlı gənc ürəyindən bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı / YENİLƏNİB

Ağstafa sakini ürəyindən bıçaqlanıb.

Hadisə rayonun Qırılı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Ayxan Budaqlı ürək nahiyəsindən bıçaqlanıb. Adıçəkilən şəxs xəstəxanaya yerləşdirilib. 

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədilməsi istiqamətində Ağstafa Rayon Polis Şöbəsi tərəfindən araşdırma başlanılıb.

******

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə dünən rayonun Qırılı kəndi ərazisində qeydə alınıb. 2005-ci il təvəllüdlü Ayxan Budaqlı sakini olduğu kəndin ərazisində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun hərbi qulluqçu olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.