İyunun 25-də ümumi çəkisi 19,6 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 229 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 5,7 tondan artıq çəkidə 19200 ədəd çətənə və xaşxaş kolları aşkar olunaraq məhv edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, sözügedən narkotik vasitələr polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aşkarlanıb.
"Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir", - deyə nazirlikdən əlavə olunur.
Stopnarkotik.az