Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 29-da ümumi çəkisi 15,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, 9,7 kiloqrama yaxın marixuana və 6 kiloqrama yaxın metamfetamin qanunsuz dövriyyədən çıxarılıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.