10 min manat oğurlayan şəxs tutuldu - YENİLƏNİB

Oğuz rayonun Qumlaq kəndi ərazisində yerləşən fındıq qəbulu məntəqəsindən ayrı-ayrı vaxtlarda, ümumilikdə 10808 manat pulun oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Əhliman Qocayev saxlanılıb. Araşdırma zamanı onun 1 ay ərzində 5 dəfə həmin obyektdən oğurluq etdiyi məlum olub. Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib.

***12:36

Oğuzda obyektdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qumlaq kəndi ərazisində yerləşən bir obyektdən 10808 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini Ə.Qocayev saxlanılıb. Araşdırma aparılır.