“Zəngəzur dəhlizi bizimlə razılaşdırılaraq həll olundu” - Türkiyə XİN

“Zəngəzur dəhlizi bəyannaməsi Azərbaycan tərəfinin əsas tələblərinin fundamental şəkildə tanınması deməkdir”.

Stopnarkotik.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sazişlər “regionda sülh üçün əla mənzərə” yaradır.

“Hadisələrin ilk günündən amerikalılar gəlib azərbaycanlı qardaşlarımızla danışmağa başladığı andan bu məsələ bizimlə razılaşdırılaraq həll olundu”, deyə Türkiyəli nazir vurğulayıb.

Fidan qeyd edib ki, “Zəngəzur dəhlizi elan olunandan sonra konkret format hələ müəyyən edilməyib – bu, danışıqlar zamanı tərəflərin öz aralarında müzakirə edəcəyi konsepsiya kimi qəbul edilir”.

Stopnarkotik.az