Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə münaqişənin 500-cü günündə İlan adasına gedib.
O, bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
“Genişmiqyaslı müharibənin 500 günü. İlan adası. Azad ukraynanın azad adası. Burada işğalçılara qarşı döyüşən hər kəsə minnətdaram. Genişmiqyaslı müharibənin ən mühüm döyüşlərindən biri olan bu döyüşdə canlarını verən qəhrəmanların xatirəsini yad etdik. Qara dənizimizdə təhlükəsizlik uğrunda mübarizə aparan hər kəs var olsun”, - paylaşımda bildirilib.