ZAXAROVADAN SƏRSƏM AÇIQLAMA - “Polşa ərazisinin yarısını bizə verməlidir”

İkinci Dünya Müharibəsi və ondan sonrakı dövrdə SSRİ-nin Polşaya vurduğu ziyanla bağlı rəsmi Varşavanın iddia qaldırması Kremldə isterik reaksiyalarla qarşılaşıb. 

Stopnarkotik.az xəbər verir ki, bu məsələ ilə bağlı Polşa XİN başçısının müavini Arkadiuş Mulyarçikin bəyanatına Rusiya XİN sözçüsü Mariya Zaxarova öz sosial şəbəkə səhifəsində cavab verib.

Zaxarova yazıb ki, Rusiyanın Polşaya yox, Polşanın Rusiyaya borcu var və bu borcu ödəmək üçün Polşa öz ərazisinin yarısını Rusiyaya verməlidir. Özü də Rusiya XİN sözçüsü bu tələbi 17-ci əsrin əvvəlində rusiyalı kəndçi İvan Susaninin polyaklar tərəfindən qətlə yetirilməsilə əlaqələndirib.

Özündən olsa, Polşanı ələ salan Zaxarova yazıb: “Təkcə Susaninə görə Polşanın yarısının tələb olunmasını təklif edirəm”.

Rusiya rəhbərliyinin gerçəkdən “başını itirdiyini” isbatlayan məqamlardan biri də Dmitri Medvedev, Mariya Zaxarova və bu qəbildən olan digərlərinin bu cür qeyri-adekvat bəyanatlarıdır.