Zaqatalada ölümlə nəticələnən yol qəzası olub.
Stopnarkotik.az xəbər verir ki, hadisə bu gün saat 13 radələrində Zaqatala rayonu ərazisində qeydə alınıb.
“Ford Tranzit” markakı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü 50 yaşlı Əli Osmanov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.