Gəncədə 35 yaşlı kişi bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Hadisə şəhərin Yeni Gəncə yaşayış massivi ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü S. Namazov sözügedən ərazidə yerləşən kafelərin birində əlindən bıçaqlanıb.

35 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır./lent.az