Zaqatala sakini xəstəxanada ölüb.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, Muxax kənd sakini 37 yaşlı Rəfael Məhəmməd oğlu Ramazanov anafilaktik şok nəticəsində xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bundan əvvəl bir neçə gün ərzində rayon xəstəxanasında 4 körpə vəfat etmişdi.