“Z nəsli” alkoqoldan uzaqlaşır: 830 milyard dollar itirilib

Xarici mətbuatda dərc olunan araşdırmalarda bildirilir ki, alkoqol istifadəsi tendensiyası azalmaqdadır.  
Stopnarkotik.az
xəbər verir ki, son 4 ildə dünyada alkoqol şirkətlərinin dəyəri təxminən 830 milyard dollar azalıb. Buna səbəb gənclərin əvvəlki nəsillərdən daha az alkoqol içməsidir.
Məlumata görə, “Z nəsli” alkoqol almaq əvəzinə pulunu idmana, sağlamlığa, səyahətə, qəhvəyə, video oyunlara və əyləncəyə xərcləyir.
Bunun əsas səbəbləri sağlamlığa daha çox diqqət yetirilməsi, qiymətlərin artması və insanların həyat tərzinin dəyişməsidir.
Bu dəyişiklik alkoqol şirkətlərinə də təsir edib. Böyük şirkətlər alkoqolsuz və az alkoqollu içkilər hazırlamağa başlayıblar.
İnsanların seçimləri dəyişdikcə şirkətlər də yeni məhsullar hazırlayırlar.

Stopnarkotik.az