Meksikada 1 tondan çox kokain götürülüb, 6 nəfər saxlanılıb
Stopnarkotik.az xəbər verir ki, Meksika Hərbi Dəniz Qüvvələri Sakit okeanda, Akapulkodan təxminən 851 kilometr cənubda bir qayığı saxlayıb.
Qayıqda 1,17 ton kokain aşkarlanıb. Bundan əlavə, 2 450 litr yanacaq və əlaqə vəsitələri da tapılıb.
Hadisə zamanı 6 nəfər saxlanılıb. Onlardan 3-ü Meksika, 3-ü isə Ekvador vətəndaşıdır.
Saxlanılan şəxslər dövlət qurumlarına təhvil verilib. Narkotiklərin hansı cinayət qrupuna aid olduğu hələ müəyyən edilməyib.
Stopnarkotik.az