İndoneziya hakimiyyəti bir neçə ay ərzində izlənilən xarici yük gəmisindən ümumi dəyəri təxminən 116 milyon dollar olan 1,3 ton ketamin müsadirə edib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə İndoneziyanın Narkotiklərlə Mübarizə üzrə Milli Agentliyindən açıqlama verilib.
Onun sözlərinə görə, hakimiyyət orqanları fevral ayında Tanzaniya bayrağı altında üzən “MV King Sun” gəmisinin Taylanddan İndoneziya istiqamətində hərəkət etdiyini və gəmidə şübhəli yük olduğunu müəyyən edib. Bundan sonra gəmi bir neçə ay ərzində nəzarətdə saxlanılıb.
Cümə axşamı İndoneziya hərbi gəmisi “MV King Sun”u ölkənin ərazi sularına daxil olarkən saxlayıb. Avqustun 7-də gəmidə aparılan birgə axtarış zamanı 65 kisə aşkarlanıb. Aparılan analiz nəticəsində kisələrdə ketamin olduğu müəyyən edilib.
Müsadirə olunan narkotik vasitənin ümumi dəyəri təxminən 2,07 trilyon İndoneziya rupisi və ya 116,2 milyon dollar qiymətləndirilir. Hazırda gəmidə əlavə narkotik partiyasının olub-olmadığını müəyyənləşdirmək üçün axtarışlar davam etdirilir.
Gəmi Sinqapur yaxınlığında yerləşən Riau adaları əyaləti ərazisində saxlanılıb. Gəmidə 7-si Myanma, 1-i isə Tayvan vətəndaşı olmaqla, ümumilikdə 8 ekipaj üzvü olub. Onların hamısı saxlanılıb.
Stopnarkotik.az