Ədliyyə nazirindən XƏBƏRDARLIQ: DÖVLƏT QARŞINIZI KƏSƏCƏK - VİDEO

Türkiyənin Ədliyyə naziri cinayətkar küçə dəstələrinə qarşı mübarizənin gücləndiriləcəyini açıqlayıb
Stopnarkotik.az
xəbər verir ki, Türkiyənin Ədliyyə naziri Akın Gürlek İstanbulun Esenyurt rayonunda təhlükəsizlik və ədliyyə layihələri ilə bağlı araşdırma aparıb.
Böyükçekmece ədliyyə sarayında çıxış edən Gürlek narkotik, qanunsuz mərc, internet qumarı və küçə kriminal dəstələrinə qarşı mübarizədə yeni tədbirlərin görüləcəyini bildirib.
Nazir küçə kriminal dəstələrinin uşaqlarla gənclərdən pul almağı insanları qorxutmaq üçün istifadə etdiyini deyib.

O, dövlətin bu qruplara qarşı sərt tədbirlər görəcəyini bildirib.
Gürlek son 6 ayda minlərlə əməliyyat keçirildiyini və on minlərlə şübhəli barəsində tədbir görüldüyünü açıqlayıb.
O,gələcəkdə kriptovalyuta, elektron pul şirkətləri və beynəlxalq cinayət qruplarına qarşı yoxlamaların da artırılacağını bildirib.

Stopnarkotik.az