Braziliyanın Santa Katarina ştatında keçirilən əməliyyat zamanı 3 550 kiloqram kokain götürülüb. Bu, bölgə tarixində ən böyük kokain ələ keçirilməsi kimi qiymətləndirilir.
Stopnarkotik.az xəbər verir ki, əməliyyatı Santa Katarina hərbi polisi və federal yol polisi birlikdə keçirib.
Məlumata görə, götürülən narkotiklərin dəyəri təxminən 170-350 milyon Braziliya realı olub.
Əməliyyat polisə daxil olan məlumatlar əsasında keçirilib. Kokain tapılan yerlərdə həmin vaxt heç kim olmayıb.
Polis narkotiklərin kimə məxsus olduğunu və bu işin arxasında duran şəxsləri müəyyən etmək üçün araşdırmanı davam etdirir.
Stopnarkotik.az