Kokain düzəldən "kimyagər Samir" həbs edildi - FOTO

480 kiloqram kokain istehsal edən narkolaboratoriya aşkarlanandan sonra kimyagər 14 il həbsə məhkum edilib.  
Stopnarkotik.
az xəbər verir ki, Kolumbiyalı kokain mütəxəssisi, "Kimyaçı" ləqəbli Samir Rosales Rodrigez, Albaniyada iri həcmdə kokain istehsalındakı roluna görə 14 il həbs cəzasına məhkum edilib.
Rodrigez, Frakulle Fierdə üzvi gübrələrin içərisində gizlədilmiş kokain istehsalına  görə məhkum edilib.
Prokurorlar bildiriblər ki, Rodrigez kokain istehsalı prosesinə nəzarət etmək üçün Kolumbiyadan Yunanıstan və Monteneqrodan keçərək gəlib. Laboratoriyanın Latın Amerikasından Avropaya kokain daşıyan beynəlxalq qaçaqmalçılıq şəbəkəsinin bir hissəsi olduğu iddia edilir.
Rodrigez laboratoriya aşkar edildikdən sonra Albaniyadan qaçıb, lakin sonra ədalət mühakiməsi qarşısına çıxarılmaq üçün Kolumbiyadan ekstradisiya edilib.

Stopnarkotik.az