Türkiyənin Kayseri şəhərinin polis idarəsinin Narkotik Cinayətləri Şöbəsi və Kəşfiyyat Şöbəsi qrupları əyalətlər arasında narkotik daşıyan və ticarət etməyi planlaşdıran şübhəli(lər)i tutmaq üçün əməliyyat keçirib. Stopnarkotik.az-a xəbər verir ki, bu barədə Kayseri polisi X platformasında xəbər paylaşıb.
Məlumata görə, fiziki və texniki müşahidədən sonra qruplar tərəfindən izlənilən yük maşını saxlanılıb.
Yük maşınının yük bölməsində gizlədilmiş 1.260.000 narkotik həbi müsadirə edilib və yük yeri narkotik tapan iti ilə axtarılıb.
Əməliyyatda saxlanılan M.T. (39) polis bölməsinə aparılıb. Müsadirə edilən narkotik həbləri Kayseri Polis İdarəsinin Narkotik Cinayətləri Şöbəsinin salonunda nümayiş etdirilib.
Müsadirə edilən narkotik həblərinin sayının Kayseridə tək bir əməliyyatda indiyə qədər müsadirə edilən ən yüksək miqdar olduğu bildirilib.
Stopnarkotik.az