Yevlaxda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məxsus avtobusla minik avtomobili toqquşub. Hadisə nəticəsində 4 nəfər o cümlədən biri uşaq və ikisi qadın – müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Stopnarkotik.az Teleqraf-a istinadən xəbər verir ki, qəza Bakı–Qazax avtomagistralının Yevlax rayonunun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində qeydə alınıb.
Məlumata əsasən, Niva markalı minik avtomobili ilə hərəkətdə olan nəqliyyat vasitəsi hərbi xidmətə məxsus avtobusla toqquşub. Hadisə zamanı xəsarət alanlar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.