Yeniyetmələr və narkotik: Qazaxıstanda narkomaniyaya qarşı mübarizədə kökündən həll təklif olunur

Məlumdur ki, qlobal bazarda "ənənəvi" narkotik maddələr sintetik olanlarla sürətlə əvəz olunur. Bu tendensiya “narkotik təcrübəsinə” yeniyetmə yaşlarda başlayan fərdlərdə xüsusilə pis nəticələrə gətirib çıxarır. Stopnarkotik.az bildirir ki, bu səbəbdən Qazaxıstanda Səhiyyə Nazirliyinə narkomaniyadan əziyyət çəkən uşaqlar üçün reabilitasiya mərkəzlərinin yaradılmasına dair təkliflər paketi hazırlamaq təklif olunub.

Həmçinin, ölkənin Baş Prokurorluğu tərəfindən yaşayış məntəqələrində “kor” zonaların müəyyən edilməsi, insanların sıx toplaşdığı yerlərdə, əyləncə obyektlərinin və gecə spirtli içki satışı məntəqələrinin yaxınlığında videokameraların quraşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edilib.

Bundan başqa, riskli ailələrin və problem yaradan şəxslərin də nəzərə alınmasını təmin etmək, onlarla daim profilaktika işlərinin aparılmasını təmin etmək üçün Təhsil, Elm və Ali Təhsil nazirliklərinə tövsiyə olunur ki, təhsil müəssisələrində təhlükəsiz mühitin yaradılmasına yanaşma, risk qruplarının erkən müəyyənləşdirilməsi və xüsusilə narkotik istifadəsinə meyilli şəxslərlə psixoloji iş məsələlərinə yenidən baxsınlar.

Stopnarkotik.az