Yaponiyada güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 6 nəfər ölüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Tokioda keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
Onun sözlərinə görə, daha 2 nəfər xəsarət alıb, 3 nəfər isə itkin düşüb. İtkin düşmüş şəxslərin axtarışları davam etdirilir.