Xəzər dənizi, Mingəçevir su anbarı və Katex çayında qanunsuz ov edən şəxslər cəzalandırılıblar

Xəzər dənizinin Sumqayıt şəhəri akvatoriyasında, Mingəçevir su anbarında və Katex çayında qanunsuz balıq ovlayan şəxslər saxlanılıblar.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verilib.

Onun sözlərinə görə, araşdırma zamanı qanunsuz balıq ovlayan şəxslərin Sumqayıt şəhər sakini Elnur Əliyev, Yevlax rayon sakinləri Məhəbbət Qasımov, Rəsul Eyyubov, İntiqam Əzizov və Balakən rayon sakini Aslan Rzayev olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb:

“Faktlarla bağlı qanun pozucuları barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.