Abşeronda ödəmə terminalından pul oğurlanıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 19-na keçən gecə Xırdalan şəhəri ərazisində marketlərin birindəki ödəmə terminalından 1538 manat pul oğurlamaqda şübhəli bilinən Göygöl rayon sakini Zabit Əliyev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.