Xırdalanda DOST Mərkəzində yanğın – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində inzibati binada yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Stopnarkotik.az xəbər verir ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

***16:49

Abşeron rayon Xırdalan şəhərində DOST Mərkəzində yanğın başlayıb.

Stopnarkotik.az xəbər verir ki, əraziyə yanğınsöndürənlər cəlb olunub.