Xırdalan şəhərində müxtəlif vaxtlarda 2 nəfər şəxsin aldadılaraq 50 və 150 manat məbləğdə pul vəsaitlərinin başqa bank hesablarına ödətdirilməsi barədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən M.Əbilhəsənov və əvvəllər məhkum olunmuş R.Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.