Xırdalanda dəhşətli intihar: 27 yaşlı oğlan özünü 12-ci mərtəbədən atdı

Abşeronda intihar hadisəsi baş verib. 

Hadisə Xırdalandakı "Gənclər Şəhərciyi"ndə qeydə alınıb. 

Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Elnur Elman oğlu Nahicov yaşadığı binanın 12-ci mərtəbəsindən özünü atıb.

Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./lent.az