Xankəndi yaxınlığında baş vermiş partlayış nəticəsində ölən 125 nəfərin meyiti məhkəmə-tibbi ekspertizası və şəxsiyyətinin müəyyən edilməsi üçün Ermənistana aparılıb.
Stopnarkotik.az xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə bildirib.
O, hazırda 67 yaralının Yanıq Mərkəzində olduğunu deyib.