Xalq artisti Ağadadaş Ağayevlə baş verən insidentlə əlaqədar cinayət işi açılıb. Bu barədə Daxili İşlər Nazirliyindən Turan-ın sualına cavab olaraq bildiriblər.
Xatırladaq ki, bir gün öncə sosial şəbəkələrdə yayılan videoda görünür ki, Ağayev tibb müəssisələrindən birinin gözətçisinə balta atır, ancaq balta klinikanın başqa bir işçisinə dəyir.
Cinayət işi xuliqanlıq maddəsilə açılıb.
Ağadadaş Ağayev və klinikanın gözətçisi Nurəddin Cəlilov məsuliyyətə cəlb olunublar, istintaq hərəkətləri davam etdirilir.