"Xahiş edirəm, kömək edin" - Kadırov Ukrayna kəşfiyyatına səsləndi

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Dövlət Dumasının çeçen deputatı Adam Dəlimxanovun Ukraynada müharibə zonasında yaralanmasına münasibət bildirib. 

Stopnarkotik.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə o teleqram kanalında müraciət ünvanlayıb. 

“Mən özüm Adam Delimxanovla əlaqə saxlaya bilmirəm. O, əlaqəyə çıxmır", - Kadırov deyib. 

O, Ukrayna kəşfiyyatından Delimxanovun tapılmasına kömək istəyib. 

“Mən Ukrayna kəşfiyyatından xahiş edirəm ki, dəqiq hansı yer və hansı mövqelərin vurulduğu barədə məlumat versinlər ki, mən əziz qardaşımı tapa bilim. Yaxşı bir mükafat vəd edirəm və kömək etməyinizi xahiş edirəm”. 

Qeyd edək ki, Rusiya Dumasının Çeçenistandan olan deputatı Adam Delimxanovun Ukraynada yaralandığı bildirilib. Ukrayna mənbələri isə Adam Delimxanovun Zaporojye vilayətində öldürüldüyü barədə məlumat yayıb.