Vətəndaşlıq üçün özündən 27 yaş böyük qadınla evlənən azərbaycanlı tutuldu

Rusiyanın Yaroslavl şəhər məhkəməsi 20 yaşlı azərbaycanlı barədə qərar çıxarıb.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, 20 yaşlı Azərbaycan vətəndaşı 40 min rubl (400 manat) pul verərək özündən 27 yaş böyük qadınla saxta nikaha girib. Amma onların bu əməlinin üstü tezliklə açılıb.

Qadın 20 min rubl cərimə olunub. Azərbaycanlı isə məhkəmənin qərarı ilə şərti cəzaya məhkum olunub.