Saatlı və Ağsu rayonlarında özlərini jurnalist kimi təqdim etməklə ayrı-ayrı şəxsləri şantaj edənlər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
Stopnarkotik.az “qafqazinfo”ya istinadən xəbər verir ki, “Saatlı TV” kanalı və tiktokda “13Asim13” adlı profilin istifadəçisi Asim Əliyev saxlanılıb. Həmçinin instaqramda “agsudan xeber” adlı profilin idarəçisi Samir Cəfərov cinayət məsuliyyətinə cəlb edilib.
Hər iki şəxsin barəsində 20-yə yaxın şikayət üzrə araşdırma aparılıb. Onlar həmin şəxslərin barələrində neqativ məlumatları sosial şəbəkələrin hesab və kanallarında yayacağı hədəsi və dələduzluq yolu ilə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul tələb ediblər.
S.Cəfərov və əvvəllər məhkum olunan A.Əliyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq həbs ediliblər.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.