Vəli Məmmədov yüksək vəzifəyə təyin olundu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə yeni təyinat olub.

Stopnarkotik.az xəbər verir ki, bu barədə AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Vəli Məmmədov təyin edilib.

O, bundan əvvəl "PAŞA Həyat Sığorta" ASC-nin Korporativ Kommunikasiya rəhbəri vəzifəsini icra edib, 2011-16-cı illərdə isə "Azercell Telecom" MMC-də çalışıb.