Daxili işlər orqanlarında kadr təyinatı olub.
Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, dünya çempionu, cüdo üzrə Pekin-2008 Yay Olimpiya Oyunlarının mükafatçısı olmuş polis polkovnik-leytenantı Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi təyin edilib.
O, bu təyinata qədər DİN-in İdman Cəmiyyətinin baş inspektoru vəzifəsində xidmət edib.
Qeyd edək ki, mayın 30-dək Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin rəisi vəzifəsini Sidney Olimpiya Oyunlarının çempionu Zemfira Meftahətdinova tuturdu.