Tatarıstanda bir qadın veyplərdən istifadə edərək narkotik satmağa cəhd edib.
Naberejnıe Çelnı şəhərində polis Orlovka kəndinin 33 yaşlı sakinini saxlayıb. Onun maşınında 25 ədəd mefedron paketi olan çanta tapılıb. Onun ofisində aparılan axtarış zamanı paketlər, elektron siqaret qutuları, tərəzilər və qablaşdırmalar da aşkar edilib.Ekspertiza 250 ədəd veypdə narkotik maddənin də olduğunu təsdiqləyib. Qadın messencer vasitəsilə kuryerin tapşırıqlarını yerinə yetirirmiş: o, çoxlu miqdarda dozaları qablaşdırır və gizli yerlərdə yerlədirirmiş.
Qadına cinayət işi açılıb və həbs edilib.
Stopnarkotik.az
