Vaşinqtonda İsrailə dəstək yürüşü keçirilir

Vaşinqtonun mərkəzi bulvarında İsrailə dəstək məqsədi ilə “İsrail üçün yürüş” adlı kütləvi aksiya keçirilir.

Stopnarkotik.az APA-ya xəbər verr ki, səhər tezdən yürüş iştirakçıları Corc Vaşinqton abidəsi yaxınlığında, eləcə də Kapitol binasının qarşısına toplaşıblar. Onlar “Biz İsrailin yanındayıq!”, “Atəşkəs yoxdur!”, “Yəhudilərin həyatı əhəmiyyətlidir”, “HƏMAS-ı məhv edin” kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların dərhal azad edilməsini tələb edirlər.

Yürüş Amerika yəhudi icmalarının çətir təşkilatı - Şimali Amerika Yəhudi Federasiyaları tərəfindən təşkil olunub.