"Vaqner” silahlı qruplaşması tərkibində Ukrayna müharibəsində döyüşən Salyan sakini Azər Qurbanov Donetskdə döyüş zamanı həlak olub.
Bu barədə Salyanda yaşayan hüquq müdafiəçisi Emil Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Salyan rayonunun Qarabağlı kəndindən olan iş adamı Azər Təbriz oğlu Qurbanov 10 il əvvəl Perm vilayətinin Berezniki rayonunda ağır cinayət törətdiyi üçün 25 il müddətinə azadlıqdan məhrum edilib.
41 yaşlı, 2 azyaşlı uşağı olan A.Qurbanov Rusiya vətəndaşı olub.
Bu ilin yanvar ayında Azər Qurbanov həbsxanadan buraxılaraq Ukrayna ilə müharibəyə göndərilib. Fevral ayının 9-da o Donetskdə döyüş zamanı 18 nəfərlə birlikdə həlak olub. Amma ərazi neytral olduğu üçün cəsədləri götürə bilməyiblər. Yalnız may ayının 4-də onun cəsədi ruslar tərəfindən aşkar edilərək doğulduğu kəndə göndərilib./azpost.info