“Vaqner” özəl hərbi şirkəti yeni könüllü döyüşçülərin qəbulunu dayandırıb.
Bu barədə məlumatı şirkətin rəhbəri Yevgeni Priqojin açıqlayıb.
Onun sözlərinə görə, şirkət hazırda şəxsi heyətlə bağlı çatışmazlıq yaşamır və yeni döyüşçülərin cəlb edilməsi planlaşdırılmır: “Şirkətin muzdlularının əksəriyyəti Ukraynadakı hərbi fəaliyyətlərdən sonra hazırda məzuniyyətdədirlər”.
Bununla belə, Priqojin “Vaqner”in tapşırıqlarının əhatə dairəsinin Afrika və Belarusdan kənara çıxarsa yeni döyüşçülərin cəlb edilməsinin istisna edilmədiyini vurğulayıb.