Gürcüstan cəmiyyətində Rusiyanı az qala vətəndaş müharibəsinə aparan “Vaqner” üsyanı və gürcü “qanuni oğru” Badri Koquaşvilinin qızının Moskvada ad gününü qeyd etdiyi restoranlardan birində gürcü müğənnilərin sensasiyalı çıxışının təfərrüatları əsas mövzulardan birinə çevrilib.
Stopnarkotik.az-ın məlumatına görə, ən maraqlısı odur ki, Priqojin və Koquaşvili bir-birinə yad deyillər... Nə qədər qəribə səslənsə də, siyasi vəziyyət, xüsusən də beynəlxalq vəziyyət təkcə vətəndaşların həyatına deyil, həm də kriminal aləmə böyük təsir göstərir. Və heç kimə sirr deyil ki, SSRİ dağılandan sonra keçmiş respublikaların cinayət dünyası, əslində, birləşdi. Heç də təsadüf deyil ki, Ukraynada münaqişə başlayandan sonra nüfuzlu cinayətkarların fikri birmənalı idi: biz qarışmırıq!
Lakin “Vaqner”in qurucusu həbsxanadan məhbusları muzdlu orduya qatmağı təklif etdikdən sonra hər şey kəskin şəkildə dəyişdi. Həbsxana "gözətçiləri" hakimiyyətə lazım oldu, çünki onlar muzdlu orduya qatılmağa çox da həvəs göstərməyən məhbuslara böyük təzyiq göstərdilər. Xüsusilə, "Şakro Molodoy" (Kalaşov) və onun tabeliyində olan sadiq Badri Kutaiski (Koquaşvili) bu məqamda ortaya çıxdılar.
"Şakro Molodoy"
“Vaqner” əsirlərin müharibədə iştirakına razılıq verməsi əvəzində, Şakronu şərti azadlığa buraxacağına söz verdi. Lakin təşəbbüs rədd edildi və sonra onun “sağ əli” Badri Koquaşvili xüsusi xidmət orqanları ilə sövdələşdi, “toxunulmazlar” kastasına düşdü və məhbusların kütləvi şəkildə muzdlu ordusuna qatılmasına dəstək göstərdi.
Yeri gəlmişkən, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, 2023-cü ilin martında Odessada Badri “Dəniz kənarındakı mirvari”yə “göz-qulaq olan” nəzarətçinin “seçkilərində” (onlayn) iştirak edib.
Hazırda Koquaşvili özünü Rusiyada əla hiss edir... Prqojinlə ortaq "biznes"lə məşğul olmağa davam edərkən, qızının ad gününü çox bahalı “Hall” restoranında qeyd edib...
Badri Koquaşvili
Gürcü ifaçıların iştirak etdiyi tədbirdə məşhur müğənni Soso Pavliaşvili ilə birlikdə “Samşoblo” mahnısını Nutsa Buzaladze, Dato Xucadze, Xviça Maqlakelidze və Mişo Suluxiya ifa ediblər. Daha sonra onlar bildiriblər ki, “dəvətdən” imtina edə bilmədiklərinə görə kriminla simanın qızının ad günüdə iştirak ediblər.
Stopnarkotik.az