Lənkəranda 37 yaşlı kişi iş yerində özünü asıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında şəhərdəki emalatxanada qeydə alınıb. Lənkəran rayonunun Göyşaban kənd sakini, 1986-cı il təvəllüdlü Elmar Elşad oğlu Ağayev işlədiyi məişət avadanlıqlarının təmiri sexində özünü asaraq intihar edib. İş yerinə gələn işçilər aidiyyəti orqanlara məlumat veriblər.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, E.Ağayev intihar edib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
E.Ağayev usta kimi kondisioner və paltaryuyan maşınların hissələrinin satışı, təmiri ilə məşğul olub.
Onun intihar etməsinin səbəbi bilinməsə də, borcunun olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.