Ukraynaya göndərilən silahlar Meksika narkokartellərinin əlinə keçir? - ŞOK İDDİA / VİDEO

Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan silahların kartellərin əlinə keçməsi barədə söz-söhbət gündəmə düşüb.

Stopnarkotik.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir. 

Əslində silahların “darknet”də alındığı və birbaşa Kiyevdən çatdırıldığı barədə məlumat hələ martda ortaya çıxmışdı, lakin müəyyən nüanslar var.

Məlumdur ki, bu illər ərzində “Smith & Wesson Brands Inc”, “Barrett Firearms Manufacturing Inc”, “Colt's Manufacturing Co.” və “Glock Inc” kimi şirkətlərin məhsulları Amerika sərhədindən qaçaqmalçılıq yolu ilə Meksikaya və digər Latın Amerikası ölkələrinə gətirilib. Burada isə həmiin silahlar narkokartellərin əlinə düşür.

 Meksika rəhbərliyi yuxarıda göstərilən bütün silah şirkətlərinə qarşı məhkəmə iddiası vermək, onları səhlənkarlıqda və narkokartellərin törətdiyi zorakılıqda iştirakda ittiham etdi. Eyni zamanda, yaraqlıların əksəriyyəti silah seçimində tamamilə tələbkar deyillər, əllərinə nə düşürsə qane olurlar, hətta özləri nəsə düzəldirlər.

Ukrayna münaqişəsi başlayandan bəri ABŞ-da müxtəlif səviyyəli silah alverçiləri fəallaşıb. Məsələn, Floridada yerləşən “KelTec” şirkəti Ukrayna Silahlı Qüvvələrinə 400-ə yaxın yarı avtomatik tüfəng bağışlayıb. Ukraynalı diplomatlar silah partiyasını NATO-nun nəzarətində olan obyektlərə çatdırmağa və yalnız bundan sonra Ukrayna Silahlı Qüvvələrinə təhvil verməyə söz veriblər. Nəticədə silah partiyasının Köhnə Dünyaya keçib-keçməməsi məlum deyil.

Sonra başqa təfərrüatlar üzə çıxıb. Məsələn, həmin Meksikadakı Ukrayna səfirlikləri açıq şəkildə döyüş təcrübəsi olan şəxsləri muzdlular sırasına cəlb edirdilər. Əksər hallarda muzdlu döyüşçülər yerli cinayətkar qruplarla əlaqəsi olan ayrı-ayrı vətəndaşların köməyi ilə tapılıb. Burada sual doğurur ki, ABŞ və Ukrayna rəsmiləri arasından olan ayrı-ayrı şəxslər yerli kriminla qruplarla tanışlıq əsnasında  silah sataraq pul qazanmaq şansını istifadə ediblər ya yox.

Yeri gəlmişkən, İsveçin “AT-4” qumbaraatanları ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə olunur, buna görə də onların təkcə Meksikada deyil, Texasla sərhəddə - Tamaulipasda “AT-4” qumbaraatanlarının görünməsi heç də təəccüblü deyil.

Stopnarkotik.az