Ukraynadan qaçan biznesmen Ermənistanda güllələndi

Ermənistanın Qeqarkunik rayonunda sakinlər arasında atışma olub.

Stopnarkotik.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, 44 yaşlı Karen Poqosyan 41 yaşlı Askanaz Poqosyan tərəfindən güllələnib. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin saxlanılıb-saxlanılmaması barədə məlumat verilmir.

Qeyd edilir ki, zərərçəkmiş uzun illər Ukraynada bizneslə məşğul olub və Rusiya-Ukrayna müharibəsi başlayanda həmin ölkədən qaçıb.

Zərərçəkən və hadisəni törədən şəxslərin qohum olduqları bildirilir.