"Cəsus qadın hərbi hissələrin birində hərbi mağazada satıcı işləyib..."
"Rusiyalı hərbçilər kəşfiyyatçı qadının ötürəcəyi məlumatlardan Nikolayev vilayətinə Zelenskinin səfəri zamanı güclü hava zərbəsinin endirilməsi üçün istifadə etməyi planlaşdırıb..."
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Ukrayna prezidenti Vladimir Zelenskinin bu yaxınlarda Nikolayev vilayətinə səfəri zamanı onun yerdəyişməsi planları barədə məlumat toplamaqda və onları Ukrayna liderinin olduğu yerə hava zərbəsini təşkil etmək üçün Rusiyanın xüsusi xidmət orqanlarına ötürməkdə şübhəli bilinən Oçakov sakinini saxlayıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidməti məlumat yayıb. Məlumatı "ua-reporter.com" nəşri yayıb.
Zelenski Nikolayev vilayətini iyunun 8-də regionun rəhbəri Vitali Kimin müşayiəti ilə ziyarət edib.
O, Kaxovka SES-in bəndinin partladılması səbəbindən daşan İnqulets çayı kanalları İdarəsinin əsas pompa stansiyasının vəziyyətilə tanış olub.
Səfər zamanı saxlanılan şəxs Ukrayna prezidentinin Nikolayev vilayəti ərazisində marşrutu, zamanı və yerini müəyyən etməyə cəhd göstərib.
"UTX əməkdaşları öncədən işləyib. Onlar qabaqcadan qadının kəşfiyyat-pozucu fəaliyyəti barədə informasiya əldə edib və səfər zamanı əlavə təhlükəsizlik tədbirləri görüb", - UTX-nin hesabatında deyilir.
İstintaqın məlumatına görə, cinayətkar qadın Oçakovda yaşayıb, əvvəllər regionun hərbi hissələrin birinin ərazisində yerləşən hərbi mağazada satıcı işləyib.
Casus qadın izlənilib və müşahidə edilib ki, vaxtında onun rusiyalı "kuratorları" haqqında məlumatlar və verilən tapşırıqlar əldə edilsin. Bu, casus qadının başqa məqsədlərinin olduğunu müəyyən etməyə imkan verib.
O cümlədən, o, radioelektron mübarizə sistemlərinin və USQ-nin Oçakov rayonunda döyüş sursatları anbarlarının koordinatlarını aşkar etmək tapşırığı alıb.
UTX-nin məlumatına görə, rusiyalı hərbçilər bu məlumatdan Nikolayev vilayətinə Vladimir Zelenski orada olan zaman güclü hava zərbəsinin endirilməsi üçün istifadə etməyi planlaşdırıb.
Kəşfiyyatçı qadın kəşfiyyat məlumatlarını ötürməyə cəhd edərkən saxlanılıb. Ona qarşı qaldırılan cinayət işi 12 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.